Cüdo üzrə Azərbaycan yığma komandası Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatının komanda yarışında medal qazana bilməyib.
Offsideplus.az xəbər verir ki, qitə birinciliyinin son günündə mübarizəyə 1/4 finaldan başlayan yığma Ukrayna üzərində 4:1 hesablı qələbə qazansa da, uğurlu startın davamını gətirə bilməyib.
Cüdoçularımız əvvəlcə yarımfinalda Almaniyaya 3:4, ardından isə bürünc medal uğrunda görüşdə Gürcüstana 1:4 hesabı ilə məğlub olublar.
Yığmanın 5 üzvü – Aydan Vəliyeva (52 kq), Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Məhərrəm İmamverdiyev (81 kq) fərdi yarışlarda bürünc medal qazanıblar.