Azərbaycanın 4 cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal sahibi olub.

Offsideplus.az xəbər verir ki, qitə birinciliyinin ilk günündə mübarizəyə qoşulan 9 nəfərdən 4-ü bürünc mükafata yiyələnib.

Bunlar Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyevadır (52 kq).

Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Qasım Vəlizadə (66 kq) və Qadir Hüseynov (73 kq) isə uğursuz çıxış ediblər.