Taekvondo üzrə Azərbaycanın qadın və kişilərdən ibarət yığma komandaları İordaniyaya yollanıblar.
Offsideplus.az xəbər verir ki, yığmalar burada təlim-məşq toplanışı keçəcəklər.
Taekvondoçular səfərə kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında gediblər.
Onlar noyabrın 7-dək davam edəcək hazırlıq prosesində Xıdır Məmmədov, Qaşım Maqomedov, Rahid Vəliyev, Pərviz İskəndərov, Vaqif Hacıyev, Nicat İsmayılzadə, Cavad Ağayev, Əliəskər Əliyev, Eltac Qafarov, Həmidreza Badrialiabadi, Milad Beiqi Harçeqani, Zemfira Həsənzadə, Minayə Əkbərova, Səmərrux Osmanova, Səidə Əliyeva, Məryəm Məmmədova, Leyla Bəşirova və Fatimə Məcidovanı yoxlayacaqlar.
Yığma ardınca İordaniyada keçiriləcək Prezident Kubokuna qatılacaq. Yarış noyabrın 9-10-da baş tutacaq.
Komandaya ümumilikdə rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı edir.