İspaniyanın Qvadalahara şəhərində karate üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın iki karateçisi finala yüksəlib.
İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) qızıl medal uğrunda mübarizə aparacaqlar.
Digər karateçilərimizdən Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) bürünc medal uğrunda yarışacaqlar.
Qeyd edək ki, yarış martın 26-dək davam edəcək.