Qvadalaxara şəhərində (İspaniya) karate üzrə Avropa çempionatı keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri fərdi yarışda mübarizə aparıblar. Nəticədə iki qadın karateçimiz - İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) finala yüksəlib.
Zaretska həlledici dueldə isveçrəli Elena Quirici ilə, Əliyeva almaniyalı Yohanna Kneer ilə üz-üzə gələcək.
Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıblar.
Medallar uğrunda döyüşlər sabah keçiriləcək.