Bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.
Offsideplus.az xəbər verir ki, Namiq Abdullayev Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb.
Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin olunub.