Cüdoçumuz Balabəy Ağayev (60 kq) Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, idmançımız ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.
Yaşar Nəcəfov (66 kq) 1/16 finalda An Cehonqa (Cənubi Koreya), Nurlan Osmanov (73 kq) isə eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.