Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün 74 kq çəki dərəcəsində mübarizə aparan Eltac Qafarov mübarizəyə qoşulacaq. Turnirə təsnifat mərhələsindən başlayan Qafarov çinli Taypeyindən Çenqçi Veylə üz-üzə gələcək.

68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev yarımfinalda cənubi koreyalı Kvon Doyun ilə üz-üzə gəlib. İlk raundda qələbə qazansa da, təmsilçimiz sonrakı iki raundda məğlub olaraq bürünc medal qazanıb.

Qadınların yarışında mübarizə aparan Patimat Abakarova (49 kq) 1/16 final mərhələsində israilli Avişaq Semberqə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan yarışda 8 taekvondoçu ilə təmsil olunur.