Zelim Kotsoyev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kotsoyev yarışın qalibi olub.
90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradzeyə yenilib. 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxano bürünc medal uğrunda macarıstanlı Riçard Sipoçla güləşəcək.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.