Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik olunub.

Offsideplus.az xəbər verir ki, Serbiya millisi yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.

Bununla da, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

Qeyd edək ki, Dünya Kuboku 4-6 noyabrda təşkil olunacaq.