Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün Yunan-Roma güləşi üzrə iki təmsilçimiz Eldəniz Əzizli (55 kq) və Ülvi Qənizadə (72 kq) final görüşlərinə çıxacaq. Eldəniz qızıl medal uğrunda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Ülvi isə Serbiya güləşçisi Ali Arsalanla qarşılaşcaq.
Bu gün həmçinin, təsnifat görüşləri çərçivəsində Taleh Məmmədov (63 kq) 1/8 final mərhələsində Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) cütünün qalibi, Həsrət Cəfərov (67 kq) 1/16 finalda Dieqo Martineslə (Meksika), Dünya və Avropa çempionu Rafiq Hüseynov (82 kq) 1/8 finalda Sultan Damen (İordaniya) / Yuya Okajima (Yaponiya) duelinin güclüsü, Arif Niftullayev (97 kq) isə 1/16 final mərhələsində Daniel Qastlinlə (Avstriya) üz-üzə gələcəklər.
Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 20:00-da, təsnifat görüşləri isə saat 12:30-da başlayacaq.