Kişilərdən ibarət  şpaqa üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət komanda finalda İran yığması ilə üz-üzə gəlib.

Görüşdən 45:35 hesabı ilə qalib ayrılan millimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan yığması İslamiadada qızıl medal qazanmışdı.