Azərbaycanın qadın sablyaçılardan ibarət  milli komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, Anna Basta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gəlib. Milli ən güclü 8-liyə vəsiqə qazanmaq üçün isə Çin seçməsi ilə qarşılaşıb və rəqibini 45:35 hesabı ilə üstələyib.

Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa komandası ilə görüşəcək.