Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, dünya reytinqinin 1 nömrəsi olan qılıncoynadanımız qadın sablyaçıların şəxsi yarışında yarımfinalda Yunanıstan təmsilçisi Despina Georgiadouya 15:9 hesabı ilə qalib gəlib.

Anna Başta finalda Yaponiya sablyaçısı Emura Misaki ilə qarşılaşacaq.