Antalyada oğlanlar və qızlar arasında qılıncoynatma üzrə beynəlxalq turnir təşkil olunub.

Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycan idmançıları da mübarizə aparıblar.

Azərbaycan təmsilçilərindən ikisi turnirin qalibi olub. Mirnuray Abbasova (U-12) və Nəzrin Mehdiyeva (U-14) şpaqa üzrə birinci yeri tutaraq yarışın qızıl medalını qazanıblar.