Bu gün Azərbaycanın Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu olan güləşçimiz final həlledici görüşdə Gela Bolkvadze (Gürcüstan) qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə qızıl medala sahib olub.