Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurova qalib gəlib.
Offsideplus.az-ın məlumatına görə, 27 yaşlı idmançı titul görüşündən sonra qələbəni Həbibin atasına həsr edib:
"Allah Əbdülmanaf Nurməhəmmədova rəhmət etsin, ruhu şad olsun. Bu qələbəni ona həsr edirəm".
UFC-yə keçməyə hazırlaşan Abbasov Nurməhəmmədova xitabən "Həbibə demək istəyirəm ki, çemodanım hazırdır. Səni gözləyirəm", - deyib.
Qeyd edək ki, Nəriman Abbasov Şamil Zavurova ilk raunddaca nokautla qalib gəlib.