Keçmiş UFC çempionu Konor Makqreqor növbəti dəfə Həbib Nurmaqomedovun "bostanına daş atıb".
Offsideplus.az xəbər verir ki, məşhur döyüşçü rusiyalı rəqibini "tvitter"də təhqir edib. İzləyicilərdən biri Konoru Həbiblə döyüş zamanı qadağan olunmuş fəndlərdən istifadə etməkdə günahlandırıb: "Siz yerdə qalmış rəqibinizin başına dizinizlə vurmuşdunuz. Azı üç dəfə qurşağından tutdunuz, üstəlik, şortundan da bərk-bərk yapışırdınız".
İzləyicinin bu sözlərindən hiddətlənən Makqreqor cavab şərhində Həbibii alçaltmaq qərarına gəlib: "Mən onun şortundan yapışmamışdım! Mən, sadəcə, barmağımla onun arxasını... Həmin an siz onun xoşbəxt simasına fikir vermişdiniz? O, arxasında barmaq hiss etməkdən xoşlanır".
Və çox keçmədən Konor yazdıqlarını silmək qərarına gəlib.
— Drafts 3.7 (@3Drafts) May 8, 2021