Cüdoçumuz Nicat Şıxəlizadə Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirində bürünc medal görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada fransalı Kilian Le Blouçla üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Şıxəlizadə bürünc medala sahib çıxıb.
Azərbaycanın bu çəkidəki digər təmsilçisi Orxan Səfərov isə Rusiya təmsilçisi Murad Çapanova uduzaraq, "bürünc" şansını əldən verib.