Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək "Böyük dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu gün bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.
İlk yarış günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Yaşar Nəcəfov ( 66 kq) Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova, ikinci gündə Zelim Tskayevlə Murad Fətiyev (hər ikisi 81 kq), sonuncu gündə isə Aslan Mirzəyev (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaq.
60 kq
1/16 final Oruc Vəlizadə - Oleq Veredıba (Ukrayna)
1/16 final. Kəramət Hüseynov - Rodriqo Lopes (Portuqaliya)
66 kq
1/16 final. Yaşar Nəcəfov - Orlando Polanko (Kuba)
81 kq
1/32 final. Murad Fətiyev - Din Gemer (İsrail)
1/32 final. Zelim Tskayev - Kenni Bedel (İtaliya)
100 kq
1/32 final. Aslan Mirzəyev - Reda Nafva (Qətər)
+100 kq
1/8 final. Uşangi Kokauri - Qalımjan Krikbay (Qazaxıstan) / Cemal Erdoğan cütünün qalibi
Qadınlar
48 kq
1/16 final. Aişə Qurbanlı - Marusa Stanqar
1/16 final. Leyla Əliyeva - Gülkader Şentürk
52 kq
1/16 final. Gültac Məmmədəliyeva - Anjelika Delqado (ABŞ)
1/16 final. Şəfəq Məmmədova - Yasmin Cavadyan (Böyük Britaniya)
Qeyd edək ki, martın 26-da start veriləcək yarış üç gün davam edəcək.