Martın 18-də Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.
Offsideplus.az xəbər verir ki, bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.
Lisenziya yarışında ölkəmizi təmsil edəcək 16 güləşçinin də rəqibləri müəyyənləşib.
Yarışın proqramına əsasən martın 18-19-da sərbəst, 19-20-də qadın, 20-21-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Yarış sabah Bakı vaxtı ilə 14:00-da start götürəcək. Yarımfinallar isə 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Olimpiadaya lisenziya əldə edəcəklər.
Sərbəst güləş
57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya)
65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya)
74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa)
86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan)
125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya)
Qadın güləşi
53 kq
1/8 final: Leyla Qurbanova - Timea Şeker (Macarıstan)
57 kq
1/8 final: Alyona Kolesnik - Evelina Nikolova (Bolqarıstan)
62 kq
1/4 final: Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) / Sara Da Kol (İtaliya)
68 kq
1/8 final: Elis Manolova - İlana Kratiş (İsrail)
76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya)
Yunan-Roma güləşi
60 kq
1/8 final: Murad Məmmədov - Justas Petraviçyus (Litva)
67 kq
Təsnifat: İslambek Dadov - Mihay Mihut (Rumıniya)
77 kq
1/8 final: Sənan Süleymanov - Aleksandrin Qutu (Moldova)
87 kq
1/8 final: İslam Abbasov - Şimonoviç (Polşa) / Aleksandrov (Bolqarıstan)
97 kq
1/8 final: Murad Lokyayev - Laokratis Kesidis (Yunanıstan)
130 kq
1/8 final: Beka Kandelaki - Aleksandros Papadatos (Yunanıstan)