Azərbaycan təmsilçilərindən Rafael Ağayev (75 kq) və İrina Zaretskanın (+75 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün lisenziyası ləğv olunub.

Offsideplus.az xəbər verir ki,  Ümumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün 40 karateçiyə reytinq sistemi ilə lisenziyanın verilməsi barədə qərar ləğv olunub. Səbəb kimi olimpiadanın təxirə salınması və koronavirusla bağlı vəziyyət göstərilib.

Gələn il Rabat Premyer Liqası, İsveçin Göteborq şəhərində Avropa çempionatı lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hazırkı reytinq siyahısında İrina Zaretska (+61 kq) 9247,5 xalla 1-ci, Rafael Ağayev (75 kq) 7005 xalla 3-cü pillədə qərarlaşıb.