Karate üzrə yığmamızın əsas üzvləri Rafael Ağayev və İrina Zaretskanın Tokio Olimpiadasında iştirak edəcəyi rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, Dünya Karate Federasiyasının açıqladığı siyahıda 32 karateçinin adı var.
Beynəlxalq təşkilatın xüsusi olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan R.Ağayev -75 kq çəkidə, İ.Zaretska isə +61 kq çəki dərəcəsində yarışacaq.
Rafael Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. İrina Zaretskanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusa (Yaponiya) yer alır.