Məşhur irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor amerikalı Donald Serrone ilə döyüşdən sonra həmyerlisi Castin Getji ilə döyüşəcəyini istisna etmir.
Offsideplus.az xəbər verir ki, Makqreqorun bu barədə fikirlərini “MMA Fighting” yayıb.
“Bu adam siyahıdadır. O, növbəti rəqib ola bilər. Çünki o, buna layiqdir”, - deyə 31 yaşlı döyüşçü bildirib.
Qeyd edək ki, UFC-nin rəhbəri Deyna Uayt irlandiyalının 2020-ci ildə üç döyüş keçirməyi planlaşdırdığını deyib. Serrone ilə döyüşdən əlavə, Makqreqor rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Xorxe Masvidal ilə döyüşləri nəzərdə tutub.