Güləş üzrə üçqat Olimpiya mükafatçımız, dünya və səkkizqat Avropa çempionumuz Mariya Stadnik Xocalı soyqırımının anıldığı gündə xalqımızın dərdinə şərik çıxıb.
Offsideplus.az xəbər verir ki, ukraynalı legionerimiz sosial şəbəkədə bu barədə paylaşım edib.
O öz “Facebook” profilində üzərində “Justice for Khojaly!” yazılmış şəklini paylaşaraq, şəklin üst hissəsində rus dilində “Пусть Аллах помилует!” (Allah rəhmət eləsin!) cümləsini də əlavə edib. Mariya Stadnik bunu profil şəkli edib.(oxu.az)