Azərbaycan millisinin 3 sərbəst güləşçisi dekabrın 7-də Rusiyanın Vladiqafqaz şəhərində start götürəcək "Alans” turnirinə yollanıb.
Offsideplus.az xəbər verir ki, yığma yarışa böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında qatılıb. 3 gün davam edəcək turnirdə olimpiya və dünya çempionu Şərif Şərifov, eləcə də Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) və Aslanbek Alborov (97 kq) mübarizə aparacaq.
Qeyd edək ki, çempionlar 5 min dollar, finalçılar 2 min dollar, bürünc medalın sahibləri isə min dollar pul mükafatı alacaq.