Bu gecə saat 00:00- dan etibarən 8 iyun saat 06.00- a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət dayandırılacaq.

Offsideplus.az xəbər verir ki, marketlər,bazarlar digər bütün ticarət mərkəzləri bu müddətdə bağlı olacaq.

Yaxın qohumunun yas mərasimində iştirak üçün 102 -ə, həkimə getmək üçün isə 103-ə müraciət etmək lazımdır.

Fəaliyyətinə icazə verilən sahələrdə isə əməkdaşların sayı minimuma endiriləcək.

Bu müddətdə əhalinin ərzaq tədarükünü təmin etmək məqsədi ilə yükdaşımalar həyata keçiriləcək. Özəl sekorda bəzi sahələrin xidməti dayanmayacaq.

Heç bir halda fərdi nəqliyyat vasitəsindən istifadəyə icazə verilməyəcək.