“Qarabağ”ın üzvü Araz Abdullayev yenidən legioner həyatı yaşaya bilər.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunda icarə əsasında çıxış edən 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunda komandanı tərk edəcək. Onun müqavilə ilə məxsus olduğu “Panionios”la sözləşməsi bu ayın sonunda başa çatır.

Futbolçu Premyer Liqanın digər klublarından təkliflər almasına baxmayaraq legioner həyatı yaşamaq istəyir. Hazırda futbolçunun meneceri bir sıra klublarla danışıq aparır.

Qeyd edək ki, Abdullayev 2018-ci ilin yayından icarə əsasında “Qarabağ”da çıxış edir.