Bu gün UEFA İcraiyyə Komitəsinin iclası olacaq.
Offsideplus.azxəbər verir ki, videokonfransda həm daxili yarışlar, həm də avrokuboklarla bağlı məsələlərə baxılacaq.
UEFA yekun qərarları İcraiyyə Komitəsinin iclasından sonra açıqlayacaq.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus istisna olmaqla, bütün ölkələrin çempionatları dayandırılıb. Niderlandda futbol oyunlarının sentyabrın 1-inədək dayandırılmasından sonra UEFA ilə məsləhətləşdikdən sonra çempionatın dayandırılması qərara alınıb. Bu barədə gələn həftə rəsmi açıqlama yayılacağı gözlənilir.