İsveç Futbol Federasiyası "Rössjöholm"un futbolçusu Dikson Etuhunu ağır cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçu 5 illik cəzalanıb. Buna səbəb onun 2017-ci ildə AİK forması geyinərkən komanda yoldaşı Kiriakos Stamatopoulosa zəif çıxış etməsi üçün 2 milyon İsveç kronu (təxmini 325 000 manat) təklif etməsidir. Dikson Etuhunun cəzası 2025-ci ilin aprelinə qədərdir.
Etuhi ilə eyni oyuna görə rüşvət təklif edən sabiq isveçli futbolçu Alban Yusufi də eyni cəzanı alıb.