İspaniyanın "Real Madrid" klubu futbolçusu Xavi Sançeslə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, "kral klubu" 23 yaşlı müdafiəçini ötən il icarəyə verdiyi "Real Valyadolid" klubuna 3 milyon avroya satıb.
Gənc futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Real Madrid" akademiyasının yetirməsi olan ispan oyunçu əsas komandada 1, əvəzedicidə isə 68 oyun keçirib.