Sol diz çarpaz bağlarını zədələyən Neymar 7-9 ay sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, Neymar zədəsi barədə bu sözləri deyib:

"Çox kədərliyəm, həyatımın ən pis anıdır. Güclü olduğumu bilirəm... Lakin bu dəfə ailəmin və dostlarımın dəstəyinə ehtiyacım var. Zədələnib, əməliyyat olunmaq və bunu 4 ay sonra yenidən yaşamaq asan deyil. İnanclıyam, Tanrıya inanıram".

Qeyd edək ki, Neymar DÇ-2026-nın seçmə mərhələsi üzrə Uruqvayla oyunda sıradan çıxıb.