DÇ-2022-nin 1/4 finalında Xorvatiya millisinə uduzaraq mundialdan kənarlaşan Braziliya millisində məğlubiyyətin izləri davam edir.

Offsideplus.az xəbər verir ki, Neymar komanda yoldaşları ilə arasında keçən mesajları icazəsiz yayımlayıb. 

30 yaşlı hücumçu instaqram hesabında Tiaqo Silva, Markinyos və Rodriqodan gələn ismarışları izləyiciləri ilə paylaşıb:

"Nə qədər qazanmaq istədiyimizi və birlikdə olduğumuzu göstərmək üçün onların icazəsi olmadan mesajları paylaşmaq qərarına gəldim. Bunlar qrup içində paylaşılan mesajlardan bəziləridir. Çox kədərliyik, ancaq daha güclü olmalıyıq. Bütün azarkeşlərin dəstəyi ilə daha güclü geri qayıdacağıq".

Neymar Markinyosa "Bir penalti sənin haqqında düşündüklərimi dəyidirməyəcək", deyə yazıb. PSJ-nin futbolçusu isə belə cavab verib: "Hər şeyin yaxşı olmasını istəmişdim. Lakin güclü olmalıyıq. Zaman lazımdır, futbolun bizə nələr hazırladığını bilməliyik".

Tiaqo Silva və Neymar arasında keçən mesajlaşma:

Neymar: "Sənə bu kuboku verməyi çox istəyirdim".FjuOSyVWAAEk2Np

Silva: "Həqiqətən də, düşündüyümdən daha pisdir. Buna dözmək mümkünsüzdür. Məğlub olduğumuza inana bilmirəm. Ağlamaq istəyirəm".

Bundan əlavə, Neymar penaltini düzgün yerinə yetirə bilməyən və səhvi üçün üzr istəyən Rodriqonu təsəlli etməyə çalışıb.

FjuOSySWQAAHynZ

 

FjuOSyTXEAMsxnM