Futbol üzrə İspaniya millisi 28 ildən sonra dünya çempionatının seçmə mərhələsində məğlubiyyətlə üzləşib.

Offsideplus.az-ın məlumatına görə, Luis Enrikenin baş məşqçi olduğu kollektiv DÇ-2022-nin seçmə oyununda səfərdə İsveçə 1:2 hesabı ilə uduzub.

Bununla da pireneylilərin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Komanda son olaraq 1993-cü ildə DÇ-1994-ün seçmə matçında Danimarkaya məğlub olub - 0:1. İspaniya bu müddət ərzində 52 dəfə qələbə qazanıb, 14 heç-heçə edib.