Qazaxıstan Premyer Liqasının 32-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu Astana doğma meydanda Kayrat-ı 3:2 hesabı ilə məğlub edib.

Braziliya əsilli futbolçumuz 62-ci dəqiqədə meydana girib. Ötən tur çempionluğunu özünə təmin etmiş komanda 74 xalla turnir cədvəlinə liderlik edir.