"Mançester Yunayted"in sabiq qapıçısı David de Xea yaxın günlərdə özünə yeni klub tapa bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.

Qeyd olunur ki, hazırda qolkiperə 3 ölkədən - Səudiyyə Ərəbistanı, ABŞ və İtaliyadan təklif var. "Çərçivə" qoruyucusu yaxın günlərdə seçim edəcək.

Hazırda azad agent olan 33 yaşlı qapıçının son klubu "Mançester Yunayted" olub.