Həmyerlimiz Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 13-cü tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda öz meydanında lider "Partizani" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Matçın 23-cü dəqiqəsində meydana çıxan Vüsal 76-cı dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Eqnatiya" xallarını 27-ə çatdıraraq liderliyə yüksəlib. Bir oyun az keçirən "Partizani" eyni xalla 2-cidir.