İngiltərə millisinin veteran futbolçusu Ueyn Runi karyerasını ölkəsində davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, ötən həftə ABŞ-ın "Di Si Yunayted" klubundan ayrılan Runiyə İngiltərədən təklif gəlib.

Çempionşipdə mübarizə aparan "Birmingem" ona təklif göndərib.

37 yaşlı məşqçinin yaxın günlərdə qarşı tərəfə yekun cavabını verəcəyi gözlənilir.