Türkiyə 1-ci divizionunda 7-ci turun matçları baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" "Keçiprengücü"nün qonağı olub. Görüş Bəxtiyarın komandasının 2:0 hesabı ilə qələbə qazanıb.

Meydana start heyətində çıxan millimizin üzvü sona qədər oynayıb.

"Tuzlaspor" 7 xalla 14-cü pillədədir.