Futbol üzrə Bolqarıstan çempionatında 12-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə “Etar”la qarşılaşıb və darmadağına sevinib – 3:0.

Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Arda” hazırda 22 xalla 3-cü pillədə qərarlaşıb.