Azərbaycan yığmasının üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 24-cü tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda Stokholm derbisi matçında AİK-in qonağı olub. Görüş AİK-in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Musa Qurbanlı matça start heyətdə başlayıb və 53-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Yurqorden" hazırda 40 xalla (24 oyun) 4-cü, AİK 28 xalla (23 oyun) 1c-cidirr. Turnir cədvəlinə 52 xalla (24 oyun) "Malmö" başçılıq edir.

Qeyd edək ki, M.Qurbanlı "Yurqorden"lə İsveç çempionatında bu mövsüm meydana çıxdığı 8 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.