Həmyerlimiz Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 3-cü tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda doğma meydanda "Erzeni" ilə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.

V.İsgəndərli start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib. O, 34-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Eqnatiya" hazırda ölkə çempionatında 6 xalla 2-cidir.