"Mançester Yunayted"in mərkəz müdafiəçisi Rafael Varan Səudiyyə Ərəbistanı klubunun maraq dairəsindədir.
Offsideplus.az "The Express"ə istinadla xəbər verir ki, söhbət "Əl-ittihad"dan gedir.
Sözügedən klub 30 yaşlı fransalını heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Varanın MY ilə 2025-ci ilədək müqaviləsi var.