"Barselona"nın klubun qurucusu Joan Qamperin xatirəsinə keçirdiyi 58-ci Qamper kuboku matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi görüşdə "Tottenhem" ilə qarşılaşıb. "Barselona"nın ev oyunlarını keçirdiyi "Kamp Nou"nun yenidən qurulması ilə əlaqədar olaraq matç "Lüis Companys Olimpiya Stadionu"nda oynanılıb. Qarşılaşma "Barselona"nın 4:2 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "Barselona" tarixində 46, ardıcıl isə 11-ci dəfə Joan Qamper kubokunun sahibi olub. 

"Barselona" - "Tottenhem" - 4:2

Qollar: Levandovski, 3, Torres, 81, Fati, 90, Abde, 90+3 - Skipp, 24, 36.