Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu yeni mövsümə hazırlıq çərçivəsində yoxlama matçı keçirib.

Offsideplus.az xəbər verir ki, rəqib Albaniyanın digər təmsilçisi “Biliş” olub.

Dörd qolun qeydə alındığı matç “Eqnatiya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli bu oyunda meydana start heyətində çıxıb. Komandasının vurduğu qollardan birinin müəllifi İsgəndərli olub. Bu, onun yeni klubunda ilk qolu olub.