Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu heyətini məşhur futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Times"ə istinadla xəbər verir ki, sözügedən klub "Liverpul"un yarımmüdafiəçisi Fabinyonu sıralarına qatmağa çalışır.

Məlumata görə, "Əl-İttihad" braziliyalı futbolçu üçün 40 milyon funt sterlinq ödəməyə hazırdır.