Yığmamızın üzvü Musa Qurbanlı yeni komandası “Yurqorden”də ilk matçına çıxmaq üçün bir qədər də gözləməli olacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb gənc hücumçunun hələ də işçi vizası ala bilməməsidir.
O, bu gün İsveç çempionatında “Malmö” ilə qarşılaşmada oynaya bilməyəcək.
Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.