İngiltərənin "Kristal Palas" klubundan ayrılan Vilfrid Zaha da karyerasını Səudiyyə Ərəbistanı klubunda davam etdirə bilər.

 Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, 30 yaşlı hücumçu "Əl-İttifaq" klubunun sıralarına qoşula bilər.

Səudiyyə Ərəbistanı təmsilçisi onun keçidini yaxın günlərdə həll etməyi düşünür.

Bundan başqa, Zaha ilə "Napoli", PSJ və "Latsio" da maraqlanır.