"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Linkoln" klubu futbolçusu Freddi Dreyperi icarəyə verib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı hücumçu 2023/2024 mövsümünü icarə əsasında İngiltərə "Uolsoll"sunda keçirəcək.

Xatırladaq ki, "Qarabağ" Cəbəllütariq klubuna qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.