"Zirə" klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının İsveçin "Yurqorden" klubuna transfer olunması münasibətilə paylaşım edib.

 Offsideplus.az xəbər verir ki, funksioner tvitter hesabında paylaşım edərək, Qurbanlıya uğurlar arzulayıb:

"Qarabağ"ın və millimizin oyunçusu Musa Qurbanlının İsveçin "Yurqorden" klubuna transferi açıqlanıb. Transferin futbolumuz və oyunçumuz üçün xeyirli, bərəkətli olacağına inanıram. Musaya Stokholmda futbolumuzun layiqli təmsil edilməsi işində uğurlar arzulayıram".

358164064 284795154100415 4006350147814500099 n